F-1.az xatırladır ki, 2021-ci ildə idman və texniki reqlamentində dəyişikliklər olacaq və oktyabrda son qərarın verilməsi gözlənilir.
Lyuis Həmilton: “İdman keçmişə qayıtmayacaq. Bu, mümkün deyil. Avtomobil istehsalçıları texnoloji cəhətdən inkişaf istəyirlər. Buna görə geriyə getməyəcəyik. Bundan başqa yeni reqlamentin necə olacağını bilmirik. Hazırda hamı hər şeyin daha yaxşı olması üçün əlindən gələni edir. Bu, bir az Brexit-i xatırladır. Doğru ya da səhv addım olacağını heç kim bilmir. Bunu zamanla öyrənəcəyik”.