Deyilənlərə görə, tərəflər artıq bütün detalları razılaşdırıblar. Belə ki, Lyuis birillik müqavilə bağlamağa və maaşının azaldılmasına razı olub, amma titula görə alacağı bonusun məbləğini iki dəfə artırmağı bacarıb. Xatırladaq ki, britaniyalı sürücünün builki müqaviləsində maaşı 40 milyon dollar nəzərdə tutulmuşdu…
Deyilənlərə görə, müqavilədə yalnız bir məsələnin dəqiqləşdirilməsi qalıb – karyerasını başa vuran Lyuis Daimler şirkətində hansı vəzifəni tutacaq.
Müqavilənin tezliklə imzalanması gözlənilir.