L.Həmilton yeni MGU-H generatoruna keçəcək

Mercedes komandası etibarlılıq problemlərinə görə əziyyət çəkən Lyuis Həmiltonun MGU-H generatorunu dəyişdirmək qərarına gəlib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Çin və Rusiyada MGU-H problemi ilə üzləşmişdi. Amma komanda Həmiltonun bolidini bu həftəsonu yenilənmiş və təkmilləşmiş MGU-H generatoru ilə təchiz edəcək.

Həmilton son iki yarışda eyni problemlə üzləşmişdi. Buna görə də Mercedes komandası problemi xırdalıqlarına qədər təhlil etməyə başlamışdı. Almaniya təmsilçisi bu təhlildən sonra problemi minimuma endirmək üçün İspaniyaya yeni MGU-H generatoru gətirmək qərarına gəlib.

Mercedes komandası yeni MGU-H generatorunu cümə günü Həmiltonun bolidinə yerləşdirəcək.

Britaniyalı sürücü problemlərə görə demək olar ki, hər yarış MGU-H generatorunu dəyişdirmək məcburiyyətində qalır. Beləliklə, Həmilton bu həftəsonu 4-cü MGU-H generatoruna keçid etmiş olacaq. Ona görə də, Həmiltonun sadəcə bir dəfə MGU-H generatoru dəyişdirmək haqqı qalıb. Formula1-in texniki reqlamentinə əsasən güc qurğusunda hər hansı bir blok 6-cı dəfə dəyişdirilərsə, onda sürücü startda 10 yer itirməli olur.

Çempionatın lideri Niko Rosberq isə əvvəlki turbin və MGU-H generatoru ilə İspaniyada yarışmalı olacaq. Rosberqin MGU-H generatorunda hələki heç bir problem yoxdur və komanda bunu bilir. Amma almaniyalı sürücü də növbəti yarışlarda yeni hazırlanmış generatora keçməlidir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*