F-1.az xatırldır ki, britaniyalı sürücü keçən il 11 yarış qazanaraq ardıcıl 3-cü, ümumilikdə isə altıncı Dünya Çempionluğuna sevinmişdi. 35 yaşlı pilot bu il yeddinci titulunu qazanaraq, əfsanəvi Şumaxerin rekordunu təkrarlamaq istəyir.
Lyuis Həmiltonun yeni dəbilqəsi son illərə nisbətən fərqli rəng çalarlarındadır. Dizayn eyni olsa da, builki dəbilqədə bənövşəyi rəngə yer verilib.