L.Həmilton yeni bolidi barədə nə düşünür?

Mercedes komandasının sürücüsü Lyuis Həmilton yeni bolidi Mercedes W08 barədə xoş təəssüratlara sahibdir.

F-1.az xatırladır ki, Həmilton və Bottas testlərdə növbəli formada işləyirlər. Britaniyalı bildirib ki, onlar testlərdə yaxşı məlumatlar toplayıblar və artıq onları təhlil etmək vaxtıdır: “Testlərin ilk günü mənim üçün yaxşı keçdi. Günə yaxşı başladıq və daha sonra fərqli sazlanmalar üzərində çoxlu işlədik. Hamısından yaxşı nəticələr aldıq. Düzdür, çox dövrə vurmamışam, amma yenə də bolid sürətli idi. Bolidi inkişaf etdirmək üçün önəmli addımlar atdıq və tam potensialı ortaya çıxartmaq istəyirik.

Pirelli-nin yeni təkərləri mükəmməl olub. Bizə tam güclə getməyə imkan verir. Bu gözəl haldır. Fiziki cəhətdən də mübarizəyə hazıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*