F-1.az xatırladır ki, britaniyalı sürücü testlərin son günündə 1:19.333 zaman nəticəsi göstərərək, həftəni birinci yerdə bağlayıb.
Lyuis Həmilton: “Əvvəlki bolidin təkamülüdür. Daha yaxşı təkərlərimiz var və yeni asfalt qatında hər şey qaydasındadır. İndiyə kimi hər şey yaxşıdır. Testləri sevmirəm, amma bu gün sürmək həyəcanlı idi. Çünki çox dövrə vura bilməmişdik. Performansın haradan qaynaqlandığını demək çətindir. Gələn həftə bunu anlayacağıq. Amma keçənilki boliddən çox sürətlidir”.