L.Həmilton: Yaxşı dövrə ilə poul mümkün idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, mükəmməl dövrə poulu qazana bilərdi.

F-1.az xatırladır ki, britaniyalı sürücü Sinqapurdakı sıralanma turunda əla performans göstərib və pouldakı Leklerdən cəmi 0.054 saniyə geri qalaraq, üçüncü olub.

Lyuis Həmilton: “Çox limitdə gedirdim və yaxın idik. Bu uşaqlar həmişə çox sürətlidirlər. Ancaq çətin olsa da, mükəmməl dövrə ilə poul əldə edə bilərdim.

Son cəhdimdə asfaltla ilişmə ürəyimcə deyildi, ancaq ikinci cərgədə olduğum üçün minnətdaram. Başımızı əyib, işimizlə məşğul oluruq. Ümid edirəm ki, sabah daha yaxşı gün olar.

Bu həftəsonu bu qədər sürətli olacağımızı düşünmürdük. Bilirdik ki, Montsaya nisbətən daha güclü olacağıq, amma bu qədər yaxın olmaq gözlənilməz idi. Sabah mübarizə aparacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*