F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda üçüncü olduqdan sonra yarışda da heç nə ilə yadda qalmayıb və yarışı başladığı kimi bitirib.
Lyuis Həmilton: “Mənim üçün çətin yarış idi. Bütün mövsüm fiziki cəhətdən yaxşı olsam da, bu gün pis idim. Buna görə də yarış bitdiyi üçün sevinirəm. Bədənim yorğundur. Buna baxmayaraq, yarışı bitirə bildim. Keçən həftə yarışa biləcəyimi düşünməmişdim.
Red Bull bu həftəsonu çox güclü idi. Onlara çata bilmədik. Aleks də mübarizədə idi və bunu görmək gözəl oldu. İki komandanın olduğu mübarizə var idi və idman buna ehtiyac duyur”.