F-1.az xatırladır ki, britaniyalı sürücü Nurburqrinqdə 91-ci qələbəsini əldə edərək, Mixael Şumaxerin rekorduna ortaq olub.
Lakin Ceki Stüard bir neçə gün əvvəl bildirmişdi ki, Həmilton keçmiş Dünya Çempionları Fanxio və Klark kimi əfsanə olmayacaq. Səbəb olaraq isə hazırda təqvimin daha uzun olmasını və Mercedes-in hegemonluğunu göstərmişdi.
Lyuis Həmilton: “İşinə görə heç kəsi tənqid etmirəm. Yaşlı sürücülər məni çox tənqid edirlər. Bu barədə çox fikir edirlər. Səbəbini bilmirəm. Bəlkə də, bir gün belə etməzlər.
Sabiq sürücülərə və əfsanələrə hörmət edirəm. Haqqımda pis danışanlara da. Onların dövründə hər şey daha çətin idi və buna görə də hörmət edirəm. Onlar o dövrün əfsanələridir. Mən bundan 20 il sonrakı sürücülə barədə pis söz deməyəcəm. Yaşlı sürücülər olaraq onlara həmişə dəstək verməliyik.
Mənim də rekordlarımı bir nəfər qıracaq. Maks ya da başqa biri… Bütün rekordlar bir gün qırılır. Mən Ferstappenə rekordlarımı yeniləməsi üçün cəsarət verəcəm. Bunu bacarsa, əla olar”.