L.Həmilton: Yarışda yaxın mübarizə olacaq

Mercedes komandasının sürücüsü Lyuis Həmilton düşünür ki, yarışda fərqlər az olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü İspaniyadakı cümə sərbəst yürüşlərini birinci yerdə bağlayıb və ikinci yerdəki Bottasa 0.3, üçüncü yerdəki Ferstappenə isə 1 saniyə fərq atıb.

Lyuis Həmilton: “Çətin gün idi. Hava çox istidir. Məncə, indiyə kimi gördüyüm ən isti havadır. Belə isti havada İspaniyaya ilk dəfədir gəlirəm. Həmişə buraya fevralda, martda ya da may aylarında gəlirdik. Bu hava gözəl olsa da, bolid və təkərlər üçün öldürücüdür. Yenə də yaxşı gün idi. Xüsusilə də ikinci sessiya yaxşı keçdi.

Yarış tempində Red Bull-la yaxınıq. Buna görə də yarış çətin keçəcək.

Təkərlər dənlənədi, amma keçən həftənin cümə günü də təkərlərdə dənlənmə yox idi. Heç nə deyə bilmərəm. Görək nə olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*