F-1.az xatırladır ki, Pol Rikar trasında pit girişi və çıxışı yenidən yığılıb və pit yolunun sürəti 80 km/saatdan 60-a salınıb. Beləliklə, pitə girib-çıxmaq 30 saniyəyə başa gəlir.
Lyuis Həmilton: “Təkərlər sərtdirlər və onları işlətmək asan deyil. Yarış tempində də asan deyil. Tez dənlənirlər. Lakin Medium və Hard təkərlər daha dözümlü görünürlər. Tras temperaturu 55-60 dərəcədir və builki ən yüksək temperaturdur. Ümid edirəm ki, daha çox pit-stop etməli olmarıq. Pit yolu yavaşdır və heç kim 27-28 saniyə vaxt itirmək istəməz. Heç kim təkər-təkərə mübarizə aparmayacaq. Hamı təkər qorumağa çalışacaq”.