F-1.az xatırladır ki, britaniyalı sürücü hər iki sessiyada da 2-ci yeri tutub.
Lyuis Həmilton: “Problemsiz gün deyildi. Xüsusən də, ikinci sessiyanın əvvəlində yerində fırlanmaq yaxşı olmadı. Buna görə də problem yaşadıq. SuperSoft təkərlərlə atmalı olduğum dövrələr var idi, amma yerimdə fırlandığım üçün mümkün olmadı. Bu da məni geriyə saldı. Amma UltraSoft təkərlərlə sıralanma turu tempində işlədik. Bəzi dövrələr vurdum. Çox stabil idi. Bir-birinə bənzəyən 26 dövrə idi. İndiyə qədər ən yaxşı yarış tempi idi. İkinci sessiyada asfaltın temperaturu dəyişdiyi üçün lazımi qədər məlumat toplaya bildik”.