L.Həmilton Yaponiyada 100-cü podiumunu qazanıb

F-1.az xəbər verir ki, Lyuis Həmilton Yaponiya Qran Prisində 3-cü yeri tutmaqla 100-cü podiumunu əldə edib.

Yarışa 2-ci sıradan başlayıb və pis start alaraq 8-ci sıraya qədər geriləyən Lyuis Yaponiya Qran Prisini 3-cü yerdə tamamlayaraq podiuma çıxmağı bacarmışdı. Bu podium Həmiltonun kariyerasında 100-cü olub. Formula1 tarixində Lyuisdən öncə 100 podium əldə edən 2 sürücü var. Bu sürücülər 106 podium ilə Prost və 155 podium qazanan Şumaxerdir. Həmiltonun 100 podiumundan 49-u qələbə, 28-i ikincilik və 23-ü üçüncülükdür. Hazırda yarışan pilotlar arasında aktivində Lyuisdən sonra ən çox podiumu olan Alonso (97), Fettel (85) və Rəykkönendir (84).

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*