F-1.az xatırladır ki, Ferrari mövsümöncəsi qış testlərində Mercedes-dən 0.5 saniyə sürətli görünürdü. Əksəriyyət isə alman komandasının sürətini gizlətdiyini düşünürdü. Mövsümün ilk yarışı Avstraliyada mütəxəssislər buna əmin olmuşdular. Amma “gümüşü oxlar” Bəhreyndə yenidən Ferrari-nin gerisində qalıblar və bəxt hesabına qələbə dublu qazanmışdılar.
Lyuis Həmilton: “Bəhreyndə uduzduq. İlk yarışda təəccüblənmişdik. İnsanlar bizim sürətimizi gizlətdiyimizi düşünürdülər. Belə olmadığını demişdik. Testlərdə geridə idik. İlk yarışda isə Ferrari yoxa çıxdı. Bəhreyndəki qələbədən razıyıq. Amma dubl bəxt hesabına gəldi və bunun fərqindəyik. Bütün həftəsonu ərzində çox işləsək də, performansımız zəif idi. Sevinməyin yeri yoxdur. Çünki qələbəyə Şarl layiq idi”.