L.Həmilton: “Yağış təkərlərini tanımıram”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yağış təkərlərinə görə narahatdır.

F-1.az xatırladır ki, sürücülər bu gün birinci sərbəst yürüşlərdə çox az sayda dövrə vurmuş, ikinci sərbəst yürüşlər isə pis hava şəraitinə görə keçirilməmişdi.

Lyuis Həmilton: “Sözün açığı, yağışlı havaları sevsəm də, yarışın quru havada olmasını istəyirəm, çünki yağış təkərlərini çox yoxlaya bilməmişik. Yeni enli təkərlərlə bolidi yağışlı havada idarə etmək çətin ola bilər. Asfaltla ilişməni bir az itirsək, trasdan kənara çıxa bilərik. Amma buna nəzarət etmək də bizim əlimizdədir.

Həmişə testlərin çox faydalı olduğunu düşünmüşəm. Əgər öyrənmək üçün bir şansımız varsa, bundan istifadə etməliyik. Öyrənmənin heç vaxt sərhədi yoxdur.

Sabah havanın necə olacağına əmin deyilik, amma gözləyirik ki, sürmək üçün şərait olsun. Növbədə çətin iki gün var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*