L.Həmilton: Xəbərləri izləyə bilmirəm

F-1.az xəbər verir ki, britaniyalı sürücü dünyanın daha yaxşı yer olması üçün apardığı mübarizədən bəhs edib.

Lyuis Həmilton: “Uğur çox qısa ömürlüdür: yarışı qazanırsan və sonra evə gedirsən. İştirak edən hər kəs üçün çox gərgin, stresli bir mühitdir. Mənim üçün əsas olan tarazlığı saxlamağın yollarını tapmaqdır.

Mən yarışda qalib gəlməkdən daha çox şey üçün mübarizə aparıram. Dünyanı dəyişdirmək üçün çalışıram. Xəbərlərə baxa bilmirəm. Həqiqətən böyük işlər görən insanlar var və mən bunların hamısının bir hissəsi olmaq istəyirəm. Görün bizim hökumət başçılarımız necə pis işlər görürlər! Biz isə gələcək nəslə ilham verməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*