L.Həmilton: Xallar vacib idi

Yeddiqat Dünya Çempionu Lyuis Həmilton bildirib ki, xallar qazanmaq çempionat üçün vacib olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, startda Ferstappenin gerisinə düşüb. Daha sonra isə dövrəvi Rasseli keçərkən quru trayektoriyadan çıxan son 4 ilin çempionu bariyerlərə təmas edib. Nəticədə ön qanadı zədələnən Həmilton pitə gəlib və trasa 9-cu yerdə qayıdıb.

Bu anda Rassellə Bottasın aradında insident olub və qırmızı bayraqlar çıxıb. Bu bayraqlar qaradərili sürücünün imdadına yetişib və komanda onun bolidindəki problemi tamamilə təmir edə bilib. Restartdan sonra isə Həmilton rəqiblərini keçı-keçə 9-cu yerdən ikinci yerə yüksəlib.

Lyuis Həmilton: “Quru trayktoriya çox nazik idi. Mən də tələsirdim. Daxili trayektoriyaya girdim və oranın yaş olduğunu görürdüm. Dayanmağa çalışsam da, bacarmadım və trasdan çıxdım. Bəxtim gətirmədi, amma trasa qayıda bildim. Bu gün xal almaq çox vacib idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*