L.Həmilton: “W10 məğlubedilməzdir”

Mercedes komandası 2019-cu ilin bolidi olan W10-u təqdim etdikdən sonra reklam çəkilişi üçün bolidi trasa çıxarıblar və komandanın hər iki sürücüsü sükan arxasına keçib.

F-1.az bildirir ki, 5 ildir hər iki cəbhədə qalib olan “gümüşü oxlar” bu il də titulunu qorumaq istəyirlər.

Reklam çəkilişində sükan arxasına əvvəlcə keçən il uğursuz çıxışı ilə yadda qalmış Valtteri Bottas keçib. Finlandiyalı sürücü bolidin keçənilkindən fərqləndiyini deyib: “Əyləncəli idi. Daha fərqli hiss edirəm. Qətiliklə deyə bilərəm ki, eyni maşın deyil”.

Daha sonra sükan arxasına keçən beşqat Dünya Çempionu Lyuis Həmilton isə komandanın gördüyü işdən təəccüblənib: “Bolidə öyrəşirəm. Bu inanılmaz maşını düzəldən istedadlı mühəndislər məni təsirləndirirlər”.

Lyuis Həmilton daha sonra sosial şəbəkə üzərindən paylaşdığı şəkilə “heç nə W10-u məğlub edə bilməz” yazıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*