L.Həmilton: “W07 gördüyüm ən yaxşı maşındır…”

Barselonada keçirilən ilk testlərdə dövrə sayına görə bütün günlərin lideri Mercedes AMG komandası oldu. Həmilton 343, Rosberq isə 332 dövrə vurublar, komandanın aktivində olan 675 dövrə 3100 km-dən çox məsafə deməkdir.

F-1.az xəbər verir ki, testlərin son günündə nahara qədər işləyən və 99 dövrə vuran Həmilton maşına təriflər yağdırıb. Onu nahardan sonra Rosberq əvəz etmiş, o da 86 dövrə vurmuşdu. Yəni, komandanın maşını dünən 185 dövrəlik məsafə qət edib.

Lyuis Həmilton: “Testlərin ilk günündən sonra özümü heç yorğun hiss etmədim. Bu gün də nahara qədər işlədim. Çox gözəl bir həftəni arxada qoyduq. Maşına, xüsusilə də etibarlılığına heyran oldum. Mən əvvəl belə bir şey görməmişəm. Bu qədər işlədim, amma yorulmadım. Mühəndislər çox əla iş görüblər.

Ardıcıl 2 çempionluq qazandıqdan sonra eniş dövrü keçirməyiniz normaldır. Amma onlar bunu etmədilər və işlərini gördülər. Əksinə, bu dəfə daha yaxşı alınıb. Testin son gününə gəldikdə isə, yeni ön qanadı yoxladıq. Fərqli sahələrdə bir qədər inkişafa nail olduq.

Təkərlər keçənilki kimidir. Çox dəyişiklik yoxdur. Komanda üçün yorucu bir həftə oldu. Hər gün orta hesabla 150-dən çox dövrə vurduq. Bunu əminliklə deyə bilərəm ki, bu maşın bizim indiyə qədərki ən uğurlu maşındır!”

 

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*