F-1.az xatırladır ki, yarışın stüardları Həmiltonun bu hərəkətini araşdıraraq britaniyalı sürücünü 5 saniyəlik cəzalandırıblar. Buna görə də britaniyalı sürücü qələbə uğrunda mübarizə apara bilməyib.
Lyuis Həmilton: “Yarış çətin keçdi. Bizim üçün heç bir şey gözəl başlamadı. Pit yolundakı hadisə mənim səhvim idi. Buna görə də komandamdan üzr istəyirəm. Son pit-stopdan sonra Fetteldən 19 saniyə geri qalırdım. Ona çatmaq üçün əlimdən gələni etsəm də, bəs eləmədi.
Ferrari əla strategiya seçərək, qələbəyə layiq olduqlarını göstərdi. Valtteriyə də mənə yol verdiyi üçün təşəkkür edirəm. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Növbəti yarışda güclü olacağıq”.