L.Həmilton: Ürəyim ağzıma gəldi

Rusiyada sıralanma turunda poul qazanan Lyuis Həmilton ikinci sessiyanın qorxulu olduğunu deyib.

F-1.az xatırladır ki, ikinci sessiyada Həmiltonun zaman nəticəsi silinib. Sona 2 dəqiqə qalmış isə sessiya qırmızı bayraqlarla dayanıb və bu anda britaniyalı sürücünün zaman nəticəsi yox idi.

Buna baxmayaraq, 35 yaşlı pilot restartdan sonra son sessiyaya keçə bilib və poul qazanıb.

Lyuis Həmilton: “İkinci sessiya karyeramdakı ən bərbad sessiya idi. Çox qorxulu idi. Ürəyim ağzımda idi. İlk dövrəm silinmişdi. Bütün həftəsonu ərzində o döngədə problem yaşamışdım, amma ilk dəfə dövrəmi sildilər. Trasda qalıb, siğortalanmaq üçün daha bir dövrə vurmaq istəsəm də, komanda məni boksa çağırdı. Daha sonra qırmızı bayraq çıxdı. Buna görə də risk etməyib Soft təkərləri götürdük. Bu təkərlərlə yarışa başlamaq pis oldu.

Rusiya pouldan başlamaqçün yaxşı yer deyil. Hava kisəsinə görə startda yer itirə bilərəm. Rəqiblərim Medium, mən isə Soft təkərdəyəm. Buna görə də qalib gəlmək çətin olacaq. Buna baxmayaraq, pozitiv olacam və yarışı qazanmağa çalışacam. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*