L.Həmilton: “Ümid edirəm çempionluq 3 xalla getməz”

Macarıstan yarışının son döngəsində podiumu komanda yoldaşı Bottasa qurban verən Həmilton bildirib ki, sözünü tutub.

F-1.az xatırladır ki, Fettelin problem yaşadığını görən Həmilton əsas rəqibini keçmək üçün komandasından Bottası keçmək üçün icazə istəyib və finlandiyalı sürücü komanda yoldaşını irəli buraxıb. Lakin Mercedes komandası radiodan Bottasa “əgər Həmilton yer qazana bilməsə, sənin yerini geri qaytaracaq” deyib.

Lyuis Həmilton: “Bu, mənə çətinlik törədə bilər, amma mən sözümün arxasındayam. Əgər Ferrari-lərdən birini keçə bilməsəm, yerimi geri verəcəyimi demişdim. Ümid edirəm ki, çempionluğu 3 xalla itirmərik. Yeddi saniyə yavaşlamaq yaxşı şey deyildi, amma Ferstappenin də məni ötməsindən qorxurdum. Yaxşı ki, heç nə olmadı.

Radio əlaqəni itirmək yaxşı olmadı, amma sonda əlaqə yaradıldı. Əlimizdən gələnin ən yaxşısını etdik. Ferrari-nin yavaş olması səbəbini bilmirəm. Təkərlərə görə narahat olduqlarını düşündüm. Elə olsaydı, sonradan sürətlənərdilər, amma olmadı. Tempim yaxşı idi, amma Valtterinin arxasında ilişib qalmışdım. Təkərlərim də çox yeyilmişdi. Əlimdən gələni etdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*