L.Həmilton UltraSoft təkərlərin performansına görə təəccüblənib

Lyuis Həmilton Monako yarışında UltraSoft təkərlərin dözümlülüyünə görə təəccüblənib.

F-1.az xatırladır ki, Mercedes komandasının sürücüsü yağış təkərləri ilə trasda hamıdan çox qaldıqdan sonra birbaşa UltraSoft təkərlərə keçib. Britaniyalının əsas rəqibi Daniel Rikkardo isə əvvəlcə keçid təkərlərinə, daha sonra isə SuperSoft təkərlərə keçib.

Həmilton UltraSoft təkərlərlə 45 dövrə vuraraq, 2015-ci ilin ABŞ yarışından sonra ilk dəfə qələbə qazanıb.

Lyuis Həmilton: “UltraSoft təkərlərlə getdiyim hissə uzun hissə idi. Bu hissənin uzunluğuna və təkərləri bu qədər çox istifadə etdiyimizə təəccübləndim. Təkərlərimin tempi son dövrədə düşməyə başladı”.

Rikkardo keçid təkərləri ilə Həmiltondan sürətli olsa da, yağış təkərləri ilə trasın qurumasını gözləyən Həmiltonu keçə bilməyib.

Lyuis Həmilton: “Vaxtında pit-stop etdik. UltraSoft təkərlər əvvəlcə çox sürüşkən idi. Daniel arxamda idi və heç nə görə bilmirdim. Müdafiə olunmağa başladım”.

Həmilton bundan başqa əlavə edib ki, bu yarış karyerasındakı ən çətin yarışlardan biri olub: “Çox darıxıdırıcı idi. Uzun müddətdir ki, qalib gəlmək istəyirəm. Sadəcə bu mövsüm yox, bu trasda da uzun müddət idi ki, qalib gələ bilmirdim.

Ən çətin olmasa da, bu yarış karyeramdakı ən çətin yarışlardan biri idi. Yağış yağdığını görən kimi qələbə üçün bir fürsət gördüm və yaş trasda lazımi qədər sürətli idim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*