F-1.az xatırladır ki, britaniyalı sürücü bu il 8-ci Dünya Çempionluğunu qazanmağı hədəfləyir.
Lyuis Həmilton: “Uğur qısaömürlüdür. Bir yarış qazanarsan və evə gedərsən. Formula1-də işləmək hamı üçün gərgin və stresslidir. Yarış qazanandan bir-iki gün sonra boşluq hiss edirsiniz.
Mənim üçün bunları balansda tutmaq çox vacibdir. Yarış qazanmaqdan başqa şeylərlə də mübarizə apararıram. Dünyanı dəyişdirmək üçün əlimdən gələni edirəm.
Gözəl işlər görən insanlar var və mən də o icmanın bir parçası olmaq istəyirəm. Gələcək nəsillərə ilham verməliyik. Uşaqlıqda bilmədiyim yeni şeylər öyrənməyə çalışıram. Yoqa, meditasiya və podkəstlər o vaxt populyar deyildi”.