F-1.az xatırladır ki, Qəhrəmanmaraş mərkəzli zəlzələdən sonra Türkiyənin 10 fərqli şəhərində böyük dağıntılar olub və hazırda olan statistikaya görə 3549 nəfər dünyasını dəyişib. Ölülərin və yaralıların sayı gün keçdikcə artmaqdadır.
Lyuis Həmilton: “Bütün Düşüncələrim Türkiyə, Suriya və bu faciədən təsirlənən bölgədəki insanlarladır. Bu doğrudan da canağrıdıcıdır”.
Qeyd edək ki, britaniyalı sürücü Türkiyə Qran Prisində iki dəfə qalib gəlib. Onun 2020-ci ildə İstanbul Parkdakı yarışı qazanaraq, karyerasının yeddinci titulunu əldə etmişdi.