L.Həmilton: Türkiyədə fərqli hisslər yaşadım

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, 2020-ci ilin Türkiyə yarışından sonra fərqli hisslər yaşayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2020-ci ilin Türkiyə yarışında qazanaraq, karyerasının yeddinci titulunu əldə etmişdi.

Lyuis Həmilton: “İllər keçdikcə Mercedes Benz və Daimlerə çox yaxınlaşdım. O qədər yaxınlaqdıq ki, 2020-ci ildə maşını qara rəngə boyadıq. Onlara dedim ki, Mercedes həmişə gümüşü oxlar olub. Maşını qara etsək, bu sloqan necə olacaq?

Daha sonra mövsümü qara maşınla keçirdik. Bu barədə danışmadıq və hər şeyi olduğu kimi buraxdıq. Yeddinci titulumu da o maşınla qazandım. Türkiyədə inanılmaz hisslər yaşayırdım. Düzünü desəm, bütün həyatım gözümün önündən axıb getdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*