Maks Ferstappen: “Bu illər ərzində Mercedes Benz və Daimler ilə çox yaxın oldum. Mənə qarşı o qədər açıq idilər ki, 2020-ci ildə maşının rəngini gümüşdən qaraya dəyişdik. Mən onlara dedim ki, maşın həmişə gümüş olub, həmişə “Gümüşü Oxlar” adlanıb. Təsəvvür edirsinizmi, əgər maşının rəngini qara rəngə dəyişsək, hansı siqnalı göndərə bilərik?
Amma bütün mövsümü qara maşınla keçirdik. Biz bu haqda heç danışmadıq, sadəcə olaraq hər şeyi axarına buraxdıq. Məhz o maşınla yeddinci titulumu qazandım. Emosiyalar inanılmaz idi. Düzünü desəm, bütün həyatım, bütün mübarizələrim, demək olar ki, hər şey gözümün önündən keçdi. Mən finiş xəttini keçdim və “bacardım” dedim. İstəyirəm ki, uşaqlar da bunu edə biləcəklərini başa düşsünlər. Mən hər gün uşaqlara inam aşılamağa çalışıram”.