L.Həmilton: “Trasın ən sürətlisi mən idim”

Formula1 üzrə 2017-ci ilin Dünya Çempionu Lyuis Həmilton bildirib ki, Braziliyada trasın ən sürətli pilotu olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pit yolundan başlasa da, yarışın sonunda podium uğrunda mübarizə aparıb və yarışı lider Fettelin cəmi 5.4 saniyə gerisində bitirib.

Lyuis Həmilton: “Yarış əyləncəli idi. Geridən başlamaq mənə kartinq günlərimi xatırlatdı. Dünən özümü ən pis vəziyyətə saldım. Poulda olsam, yarışı rahatlıqla qazanardım. Səhər yuxudan duranda məqsədim dünənki səhvlərimi kompensə etmək idi. Yarışın sonunda 3-cü yer uğrunda mübarizə aparsam da, təkərlərim yeyilmişdi. Yarışdan və mübarizədən həzz aldım. Ümid edirəm belə davam edər və hamıya əsl gücümü göstərərəm. Hələ gəncəm və çox yarışda iştirak edəcəm.

Bütün həftəsonu ərzində ən sürətli sürücü mən idim. Yarışda da ən sürətli mən idim. Ümid edirəm ki, fanlar göstərdiyim şoudan həzz alıblar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*