F-1.az xatırladır ki, Lyuislə Toto 2013-cü ildən işləyirlər və bu müddətdə Mercedes 8 dəfə, Həmilton isə 6 dəfə Dünya Çempionu titulunu qazanıb.
Lyuis Həmilton: “Toto bir lider kimi insanları təkmilləşdirməyi və onları xoşbəxt etməyi sevir. O, həmişə yaxınlaşıb “evdə nə var nə yox? Hər şey qaydasındadır?” deyə soruşur. Belə lider heç yerdə yoxdur. Çox yaxşı insandır. Hər şeyimizlə maraqlanır. Buna görə də komanda uğura acdır”.