L.Həmilton Time jurnalının siyahısına düşüb

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton Time jurnalının "Ən Nüfuzlu 100 Adam" siyahısına düşüb...

F-1.az xəbər verir ki, bu siyahıda Həmiltondan başqa Leonardo DiKaprio, Niki Minaj, Stefen Çörri, Ronda Rusey və Roma Papası Fransis də var.

Time-ın siyahısına düşmək üçün müəyyən qaydalar var: siyahıya daxil olmaq üçün rekordlar qırılmalıdır, ya da həddən artıq dəbdəbəli həyat tərzi keçirilməlidir…

Bu siyahı 2004-cü ildən bəri yayımlanır. Həmiltonu bu siyahıya sabiq Formula1 sürücüsü Mario Andretti əlavə edib. Andretti Həmilton barədə bunları yazıb: “Onun xüsusi sürücü olduğunu karyerasının əvvəlindən analaya bilərsiniz. Onun 22 yaşı olanda ən yaxşı bolidlərdən biri ona verildi. Bir il sonra isə Dünya Çempionu titulunu qazandı.

O indi karyerasının zirvəsindədir və məncə, bu yüksəliş yeni başlayır. Onun üçün son hədd yoxdur.

Lyuis davranışlarına görə fərqlənir. O özünə güvənir. İstəyərdim ki, ona rəqib olum və ona qarşı yarışım. Çünki bu mənim üçün yaxşı imtahan olardı.

O şəxsi həyatı ilə fərqlənir və Formula1-i tanıdır. Bir gün Çində moda nümayişində olur, sabahı gün Meksikada pələnglərlə qucaqlaşır. Mən bunları etdikdən sonra yarışlara fokuslana bilməzdim, amma o edə bilir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*