L.Həmilton: “Təzyiq altında bizə bərabəri yoxdur!”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton karyerasında 80-ci poulu qazandığı üçün xoşbəxt olduğunu bildirib.

F-1.az xatırladır ki, son 6 yarışın 5-də qələbə qazanaraq növbəti titula inamla yaxınlaşan britaniyalı sürücü sabahkı Yaponiya yarışına da pouldan başlayacaq.

Lyuis Həmilton: “İnanılmaz mövsümdür. 80-ci poulu qazandığıma inanmıram. Uzun illər düşünsəm, ağlıma gəlməzdi. Son 6 yarış əla keçdi. Hamı ilə fəxr edirəm və onlara minnətdaram. Bu gün hər şeyi vaxtında etdik. Üzərimizdəki təzyiqə baxmayaraq, səhv etmədik. Hamı sakit və diqqətli idi. Bu komandada olmaq mükəmməldir. Bu son poulum olmasa da, özümlə fəxr edirəm.

Sıralanma turu yaxşı başlamışdı, amma boksdan baxarkən trasın quru və ya yaş olduğunu anlamaq çətin idi. Yağışda məşq etməmişdik və yağış gözlənilirdi.

Əvvəl başqa komandaların çıxmasını gözlədik. Ferrari keçid təkərlərlə çıxanda bunun doğru qərar olduğunu düşünmədim. Komanda olaraq doğru qərar verdik. İlk döngəyə girərkən heç nə görmürsünüz. Sonra dəbilqənin şüşəsinə yağış damcıları düşəndə trasın quru və ya yaş olduğunu bilmirik. Bəzi yerlərdə diqqətli oldum və rəqiblərin tras xaricinə çıxdığı üçün bəxtim gətirdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*