F-1.az xatırladır ki, mövsümün bitməsinə 3 yarış qalıb və britaniyalı hazırda Rosberqdən 26 xal geridədir. Rosberq hər 3 yarışda da ikinci olsa, çempion olacaq.
Lyuis Həmilton: “Çətin keçən həftələrdən sonra 50-ci qələbəni qazanmaq gözəl oldu. Çox işləyib əlimdən gələni edəcəm və nikbin olmağa çalışacam. Əks halda uduzaram. İndiyə qədər heç vaxt təslim olmamışam. Bundan sonra da təslim olmağı düşünmürəm. Qazana biləcəyimiz çox xal var.
Keçənilki Meksika yarışı mənim üçün gözəl təcrübə olmuşdu. Tras yeni olduğu üçün sürüşkən idi və asfaltla ilişmə demək olar ki, yox idi. Keçənilki yarışı qazana bilməsəm də, çox əylənmişdim. Cümə günü də tribunalar dolu idi. Bu cür fanların önündə yarışmaq həmişə həzz verir. Ostində üzərində adımın yazıldığı Meksika bayraqları gördüm. Ümid edirəm ki, bu həftəsonu da görərəm”.