F-1.az xatırladır ki, britaniyalı sürücünün artıq 37 yaşı var və yanvar ayında 38 yaşını qeyd edəcək. Onun Mercedes-lə olan müqaviləsi gələn ilin sonunda bitir. Lakin tərəflər müqaviləni bir neçə il də uzatmaq istəyirlər.
Lyuis Həmilton: “Müqaviləmi uzatmaq istəmədiyimi desəm, yalan olar. Hələdə işimi görürəm və sürməkdən həzz alıram. Mübarizə aparmağı sevirəm. Karyeramı tezliklə bitirməyi düşünmürəm. Sebastyan təqaüdə çıxacaq, amma bu mənim gələcəyim barədə düşünməyə vadar etmir. Lakin karyerama bir yerdə başladığım insanlar da yavaş-yavaş gedirlər…”