F-1.az xatırladır ki, britaniyalı sürücü Sinqapur Qran Prisinin cümə sərbəst yürüşlərində birinci olub.
Lyuis Həmilton: “Çox xoşbəxtəm. Bu gün boliddə özümü yaxşı hiss etdim və ümid edirəm ki, həftəsonu ərzində tempimizi qoruyarıq. Təkmilləşə biləcəyimiz sahələr var. Bu da çox yaxşı haldır. İndi isə inkişaf etdirə biləcəyimiz sahələri tapmalıyıq. Mən də əylənmə zonalarında özümü təkmilləşdirməliyəm. İkinci sessiyada ən sürətli sürücü idim, amma Red Bull bizə yaxın idi”.