L.Həmilton: Təkərlərim çox qızdı

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, təkərləri çox qızdığı üçün Ferstappeni keçə bilməyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü ABŞ yarışının sonlarında əsas rəqibi Ferstappenlə fərqi 1.5 saniyəyə qədər endirsə də, rəqibinə hücum edə bilməyib və ikinciliklə razılaşmalı olub.

Lyuis Həmilton: “Öndəki maşından çirkli hava gəlirdi və təkərlrəim çox qızırdı. Yaxşı startla liderliyə yüksəlsəm də, döngələrdə bizə nisbətən az sürüşürdülər. Əlimdən gələni etsəm də, qələbə əldə edə bilmədim. Bütün bunlara baxmayaraq, yarış yaxşı keçdi. Qalib gəlmək mümkün idi, ancaq artıq növbəti yarış barədə düşünməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*