F-1.az xatırladır ki, Britaniyalı sürücü birinci sessiyada Ferstappeni 0.1 saniyə, ikinci sessiyada isə komanda yoldaşı Rosberqi 0.03 saniyə qabaqlayaraq, birinci olmuşdu.
Lyuis Həmilton: “Ümumi olaraq, çox gözəl gün idi. Çoxlu sazlanmalar yoxladıq və ən əlverişlisini tapdıq. Bolid sürüş əsnasında əla idi. Bu tras fiziki cəhətdən ən çətin traslardandır. Təkcə biz yox, qarajdakılar üçün də çətin olur. Düzgün sazlanmaları tapmaq heç də asan deyil. Xüsusən də təkərləri qorumaq çox çətin olacaq. Tez qızırlar”.
Niko Rosberq də bildirib ki, isti hava işləri çətinləşdirə bilər: “Bu gün əla gün oldu, amma sıralanma turu və yarış üçün nə qədər kömək edəcək – bilmirəm. Havanın temperaturu çox dəyişkəndir. Bundan başqa Red Bull sürücüləri bizə çox yaxın idilər. Amma yarış tempində bir az sürətli idik. Sabah görək nə olur”.