L.Həmilton: Təkərlər şara bənzəyir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, təkər yeyilməsi çox pis olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışı başladığı kimi ikinci yerdə bitirsə də, yarış ərzində təkər problemi ilə üzləşib və Red Bull komandasından Maks Ferstappenin tempinə cavab verə bilməyib.

Lyuis Həmilton: “Əvvəlcə Red Bull-u və Maksı təbrik edirəm. Onlar bizim kimi təkərlərdə problem yaşamadılar. Bu gün belə dənlənmə problemi gözləmirdik. Yarışın sonlarında da dənlənmə problemi oldu və rəqiblərimə güclə çatdım. Təkər problemini həll etmək üçün təhlillər aparmalı və çox işləməliyik.

Məncə, Pirelli keçən həftəki partlamalara görə təkər təzyiqini artırıb. Hazırda təkərlər şara bənzəyirlər və təzyiqləri çoxdur. Bu hal performansımıza təsir edə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*