L.Həmilton: “Təkərlər çox pisdir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Pirelli-nin yeni təkərlərini sərt tənqid edib və onların sərt olduğunu deyib.

F-1.az xatırladır ki, ikinci sessiyada Fettel, Qrojan, Bottas, Kvyat, Sayns və Peres kimi sürücülər də yerlərində fırlanmışdılar.

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen yerində fırlanmanın daha az asfaltayatma qüvvəsi üzündən olduğunu desə də, Haas komamdasından Roman Qrojan buna səbəb kimi əyləcləri göstərib.

Lakin, daha əvvəl Kanadada 5 yarış qazanmış və “Monreal mütəxəssisi” sayılan Lyuis Həmilton bu fikirlərlə razı deyil. Mercedes komandasının sürücüsü yerində fırlanmaların səbəbi kimi Pirelli-nin sərt təkərlərini görür: “Özümü əvvəlki illərdə olduğu kimi hiss edirəm. Sürətliyik, lakin bu il təkərlər çox pisdir və bolid çox sürüşür. Aerodinamik cəhətdən daha yaxşı olsaq da, təkərlər çox sərtdir. Sürücülər yerlərində çox fırlanırlar, çünki asfaltla ilişmə çox azdır”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*