L.Həmilton: Sürücülərin çoxlu ortaq cəhətləri var

F-1.az bildirir ki, adətən çoxları F1 sürücülərin dost ola bilməyəcəklərinə inanır, amma Lyuis bu fikirlə razı deyil.

Lyuis Həmilton: “Əslində biz bir-birimizə göründüyündən daha çox bağlıyıq. Amma çox rəqabətli bir mühitdə yarışırıq, bir çox insan özünü hansısa formada müdafiə edir. Əgər siz hansısa sürücüdən irəli getmək istəyirsinizsə, ancaq trasdan kənarda onu müsbət müsbət insan kimi qəbul edirsinizsə, bunu heç vaxt göstərməyəcəksiniz. Bu, özünüzlə apardığınız bir növ psixoloji müharibədir və tez-tez yolunuza çıxır.

Mən yaşlı sürücü kimi gənclərlə daha çox ünsiyyət qurmağa çalışıram – onlar gələcəkdir. Formula1-ə gələn gənc sürücüləri görmək məni həyəcanlandırır – bəziləri çox, çox istedadlıdır. Bilmirəm, bəlkə də, buna görədir ki, onlar mən yeni başlayan vaxtdan daha yaxşı vəziyyətdədirlər. Amma onlarla mümkün qədər pozitiv ünsiyyət qurmağa çalışıram.

Təbii ki, onların heç biri qardərili deyil, heç biri məndə olan problemlərlə üzləşməyib, amma öz problemləri olub və onların öhdəsindən gəliblər – bu hörmətə layiqdir. Onların arasında özümlə həmfikir insanlar tapmağa çalışdım və 2020-ci ildə startdan əvvəl mənimlə diz çökənlərə çox minnətdaram

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*