F-1.az xatırladır ki, Mercedes Formula1 komandasının sabiq rəhbəri Nik Fray əfsanəvi Şumaxerlə altıqat Dünya Çempionu Həmiltonu müqayisə etmiş və onları bir-birinə bənzətmişdi.
Lyuis Həmilton: “Hamının özünəməxsus işləmə tərzi var. Mixael Şumaxerin iş sistemi mənə kömək etməzdi. Həmişə öz tərziniz olmalıdır. Psixologiya çox vacibdir, amma mən buna nəzarət edə bilirəm. Sürət artdıqca sükandakı yük də artır. Yarış həftəsonunda məşq eləmək mənə kömək eləmir. Yarış həftəsonlarında bunu etməyə çalışdım, ancaq yaxşı nəticə vermədi. Həmin günlər gücə qənaət etmək lazımdır. Həmişə enerjili qalmaq və stabil işləmək istəyirəm. Vegeteryanlıq bu problemin həll olunmasına kömək edir”.