L.Həmilton: Sükanımda problem yarandı

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sprint yarışında xal aldığı üçün sevinclidir.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Avstriyadakı sprint yarışının startında Qasli ilə təmas edərək, 11-ci yerə geriləyib. Lakin daha sonra rəqiblərini keçərək, 8-ci olub və 1 xal qazanıb. Ancaq yarış ərzində Mik Şumaxerlə olan mübarizəsi diqqət mərkəzinə düşüb.

Lyuis Həmilton: “Startda maşınım sürüşdü və ətrafımdakı maşınlar məni sıxmağa başladılar. Sonra Pyer üstümə gəldi və qaçmağa yerim yox idi. Yarışı bitirdiyim üçün minnətdaram. Düzdür, maşın ondan sonra əvvəlki kimi olmadı, amma sürmək mümkün idi. Sükanda problem yaranmışdı. Bəlkə də balans pozuldu. Sağ təkərin bucağında da problem yaranmış ola bilər”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*