F-1.az xatırladır ki, 2016-cı ildə təkər seçimi əvvəlki illərə nisbətən sərbəst olacaq. Bundan başqa radio danışıqlarında da məhdudiyyət olacaq.
Niko Rosberq yeni təkər qaydaları barədə danışıb: “Təkərlər yarışlara fikirləşdiyimizdən daha çox təsir edə bilər. Çünki Avstraliya QP-də 3 təkər dəstindən istifadə edə bilərik.
Komandalar təkər taktikasında qumar oynaya bilərlər və hər şey dəyişə bilər. Bu dəyişkənlik idman üçün yaxşı olar. Pirelli təkərlərinin hesabına yarışların həyəcanı artacaq.
Çox şey ola bilər, amma gözləyək və görək. Mövsümün ilk yarışı həyəcanlı olmalıdır”.
Lyuis Həmilton isə radio danışıqları ilə bağlı qaydaları dəyərləndirib: “Biz zavodda və trasda yeni qaydaların necə işləyəcəyini başa düşməyə çalışdıq.
Bu böyük dəyişiklikdir. Mən bütün dəyişikliklərlə razı deyiləm, amma bizim üçün çox çətin olacaq.
Biz çox şeyi əzbərləməliyik. Burada fərqli proseslər və nəticələr var. Onları yadda saxlamalıyıq.
Bu qədər şeyi xatırlaya bilmək üçün fərqli üsullar barədə fikirləşirik. Ona görə də bolidə və ya sükana xatırladıcı yapışqan kağızlar vurmaq lazımdır”.