F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda komanda yoldaşı Corc Rasselli keçərək, ikinci yerə yüksəlib. Yarışın ilk hissəsində əsas rəqibi Ferstappenə yaxın getsə də, pit-stopda Hard təkəri götürəndən sonra niderlandlının tempinə cavab verə bilməyib. Nəticədə yarışı ikinci yerdə bitirib.
Lyuis Həmilton: “Yarışın ilk hissəsində Ferstappenə çox yaxın idim. Red Bull bu gün aşkar sürətli idi. Bəlkə də, düzgün təkər strategiyası seçdilər, çünki Hard təkər seçiminin doğru olduğuna əmin deyiləm.
Yarışa Soft təkərlə başlamaq istəsəm də, Mediumu seçdik. Startda problem olmadı, amma daha sonra Hard təkər işimizi çətinləşdirdi. Maksı təbrik edirəm”.