L.Həmilton startda 3 yer itirib, amma…

Mercedes komandasının sürücüsü Lyuis Həmilton startda 3 yer itirməsinə baxmayaraq, yarışa 4-cü yerdən başlayacaq.

F-1.az bildirir ki, britaniyalı sürücü Avstriyadakı sıralanma turunda rəqibi Rəykköneni əngəllədiyi üçün stüardlar tərəfindən araşdırılıb və beşqat Dünya Çempionuna startda 3 yer itirmək cəzası verilib. Lakin Həmilton yarışa 4-cü yerdən başlayacaq.

FİA bu bardə açıqlama verib və bildirib ki, Həmiltonun cəzası Maqnussenin cəzasından əvvəl hesablandığı üçün qaradərili sürücü yarışa 4-cü yerdən başlayacaq. Hesablara görə Həmilton cəza alandan sonra 5-ci yerə düşüb. Ancaq Maqnussenin cəza alması ilə dördüncülüyə yüksəlib. Danimarkalı sürücü isə yarışa 10-cu yerdən başlayacaq.

FİA-nın qaydalarına görə cəzalar növbə ilə tətbiq edilir. Lakin boş olan yerlər bütün cəzalar verildikdən sonra bağlanır. Yəni, hər sürücünün cəzası ilə hənin andakı boşluqlar doldurulmur.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*