L.Həmilton startda 3 yer itirəcək

Red Bull komandasının tələbi ilə Lyuis Həmiltonun dünən sıralanma turunun son sessiyasında sarı bayraqlara məhəl qoymaması faktı yenidən araşdırılıb.

F-1.az bildirir ki, təkrar baxış zamanı altıqat dünya çempionunun sarı bayraqlar altında sürətini azaltmadığı məlum olub. Dünən stüardlar sarı və yaşıl bayraqların eyni anda dalğalandığını əsas gətirərək Lyuisə heç bir cəza verməmişdilər. Lakin Red Bull-un təqdim etdiyi görüntüdə ancaq sarı işıqların yandığı məlum olub.

Nəticə olaraq, stüardlar dünənki qərarlarını yenidən gözdən keçirməli olublar və Lyuisə startda 3 yer itirmək cəzası veriblər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*