L.Həmilton: Sprint artıq xal qazana biləcəyimiz bir məşqdir

Mercedes-in multiçempion pilotu sprint yarışları olan həftəsonlarının formatında edilən dəyişikliklərdən danışıb.

F-1.az xəbər verir ki, Lyuis dəyişiklərin çox ciddi fərqlərə səbəb olacağını hesab etmir.

Lyuis Həmilton: “Dəyişikliklərin böyük fərq yaradacağını düşünmürəm. Əvvəllər finiş mövqeyi əsas yarışda start mövqeyinə çevrilirdi. İndi sprint bir məşqdir, bunun sonunda xal əldə edə bilərsiniz. Keçmişdə olduğundan daha aqressiv olacağımızı düşünmürəm. Fərqli formatlarda yarış həftəsonlarının olması çox gözəldir, lakin daha çox yarış keçirə biləcəyimiz vaxtlar olur. Biz həmişə ətraf mühit üçün nəyin daha yaxşı olacağını danışırıq.

Azarkeşlər üçün daha yaxşı olub-olmayacağını bilmirəm, amma seanslar arasında böyük fasilə var və azarkeşlər üçün daha yaxşı olsaydı, daha çox yarışa bilərdik. Ola bilsin ki, gələcəkdə bu məsələyə baxaq”.

Xatırladaq ki, yeni formata əsasən, artıq cümə günü baş tutacaq sıralanma turu bazar günü keçiriləcək əsas yarışın start düzümünə təsir edəcək. Şənbə günü ikinci məşqlərin əvəzinə daha bir sıralanma turu olacaq ki, bu da eyni gündə baş tutacaq sprintin start düzülüşünü müəyyən edəcək və bu iki sessiyada baş verənlər bazar gününə təsir etməyəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*