F-1.az xatırladır ki, Valtteri Bottas 1.02.939 zaman nəticəsi ilə Avstriyada poul qazanıb. Lyuis Həmilton isə ondan 0.012 saniyə geridə qalaraq ikinci olub. Üçüncü yerdəki Maks Ferstappen isə Mercedes sürücülərindən yarım saniyəyə qədər geridə qalıb.
Lyuis Həmilton: “Qətiliklə deyə bilərəm ki, bu fərqi gözləmirdik. Bu, bazadakı uşaqların əla işlədiyini göstərir. Valtteri məndən daha yaxşı dövrə vurdu. Deməyə söz tapmıram. Belə fərq gözləmirdik. Bu, bizim maşınımızın real sürətidir və bu tempimizi təkmilləşdirəcəyik”.