F-1.az xatırladır ki, Mercedes komandası isti havada keçən cümə sərbəst yürüşlərində Ferrari-dən geridə qalıb.
Lyuis Həmilton: “Cümə günü hava çox isti idi. Qalan hər şey isə qaydasında idi. Bu təkərlər isti havanı sevmirlər. Tez yeyilirdilər. Tez qızdığı üçün işçi rejimində saxlamaq da çətindir. Ancaq şərait hamı üçün eynidir. Şənbə günü hava daha sərin olacaq və onda tempimiz artacaq”.