F-1.az xatırladır ki, britaniyalı sürücü Braziliyada problemli mühərriklə qələbə qazanmışdı. Beşqat Dünya Çempionunun Əbu Dabi Qran Prisində iki seçimi var: birincisi, cari mühərriklə yarışmaq, ikincisi isə, yeni motora keçib startda yer itirmək.
Mühəndislər Braziliyada mühərriyin nasaz olduğunu vaxtında anlamışdılar və sazlanmalara düzəlişlər edərək, finişə çata bilmişdilər.
Qeyd edək ki, Həmilton mövsümdə icazə verilən üç mühərrikdən istifadə edib və yeni motora keçsə, yarışa sonuncu yerdən başlayacaq.