L.Həmilton: “Son dövrəmdə kifayət qədər sürətli deyildim”

Almaniya Qran Prisinin sıralanma turunda poul uğrunda mübarizədə komanda yoldaşı Niko Rosberqə uduzan Lyuis Həmilton vurduğu sonuncu dövrənin kifayət qədər yaxşı olmadığını qəbul edib. O, Rosberqdən geri qalmasının yeganə səbəbinin sancaq döngəsində yaşadığı blokaj olmadığını bildirib.

F-1.az xatırladır ki, britaniyalı sürücü üçüncü sessiyada ilk cəhdini problemlərə görə tamamlaya bilməyən Rosberqə qarşı nisbi üstünlük əldə etmiş, lakin problemlər həll edildikdən sonra trasa qayıdan Rosberq onu 0.1 saniyə fərqlə üstələmişdi. Nikonun sürətli dövrəsinə cavab vermək şansı olan Lyuis sonuncu cəhdində öz nəticəsini yaxşılaşdıra bilməyib.

Lyuis Həmilton: “Bu gün tempim yaxşı idi. Lakin bu tempi son dövrəmdə göstərə bilmədim. Sancaq döngəsində çox vaxt itirdiyimi düşünmürəm. Orada səhvə yol verməsəm belə, poul qazana bilməyəcəkdim”.

Hər üç sərbəst yürüş sessiyasında komanda yoldaşından geri qalan Lyuis Macarıstanda ələ keçirdiyi liderliyi qorumaq üçün yaxşı yerdən start alacağını düşünür: “Heç bir problem yaşamadım. Yaxşı bir həftəsonu keçirirəm. Komanda üçün əla gün idi. Hər şeyi yarışda həll edəcəyik…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*